Klublararası AÇ-də bürünc medal

Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə keçirilən klublararası Avropa çempionatında ikinci medalını qazanıb.

Komanda.az xəbər verir ki, 2000-dən çox idmançının qatıldığı yarışda “Gilan” İdman üzvü Taleh Süleymanov (87 kq) çıxışını mükafatla başa vurub.

İlk mərhələdən azad olan təmsilçimiz 1/8 ispaniyalı Ruben Qarsiya (“Mazarron”) ilə döyüşüb. Rəqibini məğlub edən Süleymanov ikinci görüşündə yunanıstanlı İoannis Papadopoulosa (“Attiki Dinami”) qalib gəlib.

Taleh yarımfinalda xorvatiyalı Yosip Biliçlə (“Marjan”) üz-üzə gəlib. Döyüşdə zədələnən taekvondoçu məğlub olub və bürünc medalla kifayətlənib.

Beləliklə, klublarımızın Avropa çempionatında qazandığı mükafatların sayı ikiyə çatıb. Süleymanovdan öncə “Alpman” Taekvondo Klubunun üzvü Səlimə Quliyeva (42 kq) ikinci yeri tutub.

Yarış aprelin 30-da yekunlaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button