Klublar qış transfer pəncərəsində nə qədər pul xərcləyiblər?

Qış transfer pəncərəsində futbol klublarının xərcləri 1,46 milyard dollara çatıb.

Komanda.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu, dövrələrarası fasilələr tarixinin ən yüksək ikinci göstəricisidir.

2024-cü ilin yanvarında klublar tərəfindən reallaşan transferlərin sayı təxminən 4700 olub və 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artıb.

Futbolçulara ən çox pulu Fransa klubları xərcləyiblər – 291,9 milyon dollar. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.

İngiltərə klublarının xərcləri isə il ərzində demək olar ki, 80 faiz azalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button