Klublar Komitəsi Premyer Liqanın bərpasını müzakirə edəcək
Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 12:00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.
Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq.
Qeyd edək ki, iyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin