“Müzakirələrdə özüm özümü təmsil edirəm” – De Bruyne

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi, mümkün yeni müqavilənin imzalanması barədə danışıb:

“Mançester Siti”də xoşbəxtəm. Yaxşı sahibləri olan əla komandadayam. Klubla müzakirələrimiz olur, amma danışıqlardan çox uzaq deyilik. “Mançester Siti”də qalmaq istəyirəm, buna görə də, müzakirələrdə özüm özümü təmsil edirəm. Qalmaq istəməsəydim, onda vasitəçiyə ehtiyacım olardı”.

2015-ci ildən “şəhərlilər”in şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button