Kroosla bağlı qərar verilib
“Real”ın yarımmüdafiəçisi Toni Kroos klubla müqaviləsini uzadacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi qarşıdakı günlərdə 33 yaşlı futbolçu ilə yeni sözləşmənin imzalanacağını açıqlayacaq. Yeni müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulacaq.
Almaniyalı futbolçu 2022/23 mövsümündə “kral klubu”nun heyətində 50 oyuna çıxıb, iki qol vurub və beş məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin