“Latsio” braziliyalı ilə yeni müqavilə bağlayacaq
“Latsio”nun vingeri Felipe Anderson klubla müqaviləsini yeniləməyə yaxındır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin rəhbərliyi 30 yaşlı braziliyalı futbolçu ilə sözləşməni 2027-ci ilə qədər uzatmaq istəyir. Yeni müqaviləyə əsasən, o, ildə 3 milyon avro qazanc əldə edəcək.
Anderson 2022/23 mövsümündə “Latsio”nun heyətində 50 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin