“Uotford”la 5 illik müqavilə bağladığı futbolçu arasında anlaşmazlıq: “İndiyədək dəqiq bir qərar verilməyib”

İngiltərənin “Uotford” klubunun “Havr”dan Pape Queyeni transfer etdiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, “So Foot”a danışan 21 yaşlı yarımmüdafiəçinin meneceri Pierre-Henri Bovis, tərəflər arasında razılığın əldə olunmadığını bildirib:

“Bizim üçün hər şey çox açıqdır, indiyədək dəqiq bir qərar verilməyib. Bəli, yanvar ayında imzalanmış bir müqavilə var, amma bu gün müqavilə və onun şərtləri ilə bağlı mümkün problemləri həll etməyə çalışırıq. “Uotfortd” hələ müqavilə üçün məqbul bir təklif irəli sürməyib”.

İngiltərə klubu Queye ilə 5 illik müqavilə imzalandığını və sözləşmənin iyulun 1-dən qüvvəyə minəcəyini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button