Azı 10 milyon avro tələb edirlər – Özbək futbolçu üçün

“Roma”nın futbolçusu Eldor Şomurodov qış transfer pəncərəsi zamanı klubunu dəyişə bilər.

Komanda.az “calciomercato.com”-a istinadən xəbər verir ki, 27 yaşlı özbək oyunçu “Sampdoriya” və “Fiorentina”nın maraq dairəsindədir. Paytaxt təmsilçisi futbolçu üçün azı 10 milyon avro tələb edir. Amma hücumçunun xidmətində maraqlı olan klublar hazırda bu məbləği ödəməyə hazır deyil.

Öncədən “Torino”nun da futbolçunu transfer etmək istədiyi bildirilirdi.

“Roma”nın baş məşqçisi Joze Mourinyonun özbək futbolçunu gələcək planlarına daxil etmədiyi bildirilir.

Şomurodov 2021-ci ilin avqustundan “Roma”da çıxış edir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 8 oyuna çıxıb və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button