Klubdakı “ömrü” 40 gün çəkdi – Milliyə təyinat aldı
Meksikanın “Tiqres” klubunda cəmi 40 gün çalışdıqdan sonra istefaya göndərilən Dieqo Kokka milli komandaya təyinat alıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis Meksika Futbol Federasiyası ilə müqavilə imzalayıb.
Kokka yanvarın 1-də “Tiqres”i çalışdırmağa başlasa da, fevralın 9-da Meksika millisindən aldığı təklifi qəbul etdiyi üçün klubdan istefaya göndərilib.
Onu “Tiqres”də yerli mütəxəssis Marko Antonio Ruiz əvəzləyib.
Ötən il, DÇ-2022-dən sonra Meksika yığmasının baş məşqçisi Xerardo Martino istefa verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin