
Kuman: “Nə vaxtsa klubda işə qayıtmaq şansım çox azdır”
Niderland millisinin baş məşqçisi Ronald Kuman yenidən kluba işə qayıtma ehtimalını dəyərləndirib.
Komanda.az NOS-a istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Bu hələ yekun qərar deyil, amma nə vaxtsa klubda işə qayıtmaq şansım çox azdır”.
Kumanın milli komanda ilə hazırkı müqaviləsi 2026-cı il dünya çempionatının sonuna qədərdir. 62 yaşlı mütəxəssis daha əvvəl “Barselona”, “Everton”, “Valensiya”, “Benfika”, “Ayaks” və “Sauthempton”da çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin