Klub təyyarə aldı, futbolçular üsyan etdi: “Pulumuzu ödəmirlər, amma…”
İtaliyanın “Latsio” klubu yeni təyyarə alıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bu xəbər komanda üzvləri tərəfindən heç də xoş qarşılanmayıb. Paytaxt təmsilçisinin ispan yarımmüdafiəçisi Luis Alberto isə buna daha sərt reaksiya verib. O, sosial şəbəkə hesabında bunları qeyd edib:
“Təyyarə? Onlar bizim pulumuzu ödəyə bilərdilər. Belə şeylər alırlar, amma pulumuzu ödəmirlər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin