Klubun sahibi onunla şəxsən danışıb – Razı salmaq üçün
“Çelsi”nin sahibi Todd Boeli yarımmüdafiəçi Meyson Mauntla danışıqlar aparıb.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, London təmsilçisi ingiltərəli futbolçunun klubla yeni müqavilə imzalamaq üçün bir neçə təklifi rədd etməsinə baxmayaraq, onun bacarığını yüksək qiymətləndirir.
Boeli Mountla danışıqlarda onu klubda görmək istədiyini vurğulayıb. “Çelsi” müzakirələrin müsbətə doğru irəliləyəcəyinə inanır.
Öncədən ingiltərəli oyunçu ilə “Liverpul”un ciddi maraqlandığı bildirilirdi.
Maunt cari mövsümdə “zadəganlar”ın heyətində 35 oyuna çıxıb, üç qol vurub və altı məhsuldar ötürmə edib. Onun klubla hazırkı sözləşməsi 2024-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin