İbrahimoviçin heykəlini yandırmaq istədilər
İsveçli hücumçu Zlatan İbrahimoviçin ölkəsinin “Hammarbü” klubunun səhmlərinin yarısını satın aldığını xəbər vermişdik.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun bu hərəkəti “Malmö” azarkeşlərinin sərt reaksiyasına səbəb olub. İbrahimoviçin ilk peşəkar klubu olan “Malmö” azarkeşləri onun şəhərdəki heykəlini yandırmağa cəhd ediblər. Bundan başqa, azarkeşlər heykəlin ətrafına irqçi şüarlar yazıblar.
Malmö polisi də heykələ boya çəkildiyini və yandırmağa cəhd edildiyini təsdiqləyib. Məsələylə bağlı araşdırmaların başladıldığı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin