Klub rəsmisi açıqladı: Dibala qalacaq, Alleqri isə…
“Yuventus”un idman direktoru Fabio Paratisi Paulo Dibala və baş məşqçi Massimiliano Alleqrinin komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, son zamanlar adı “Mançester Yunayted” və “İnter”lə yanaşı çəkilən argentinalı futbolçunun “qoca sinyora”dan ayrılmayacağını deyib:
“Dibala “Yuventus”da qalacaq. Bu, dəqiqdir.
Alleqriyə gəlincə, hər klubda olduğu kimi, bizim də danışıqlarımız olacaq. Hazırda bunları müzakirə etmək üçün doğru zaman deyil”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin