Klub rəhbərliyindən xahiş etdi – Onu satsınlar deyə
“Monako”nun yarımmüdafiəçisi Orelyen Tuçameni klub rəhbərliyindən “Real”ın təklifini qəbul etməyi xahiş edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Madrid klubu artıq 22 yaşlı fransalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. “Kral klubu” Tuçameni üçün 80 milyon avro təklif edir və bonuslar da nəzərə alınsa, məbləğ 100 milyona qədər arta bilər.
Tuçameni ötən mövsüm “Monako”nun heyətində bütün turnirlərdə 50 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin