“Klub rəhbəri olsaydım, Neymarı transfer etməzdim”
Son olaraq İspaniya millisinin “sükanı arxasında” çalışmış Visente del Boske PSJ-nin futbolçusu Neymarla bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Paris klubundan “Barselona”ya transferi alınmayan braziliyalı futbolçu haqqında danışan 68 yaşlı mütəxəssis, bunları deyib:
“Klub rəhbəri olsaydım, Neymarı transfer etməzdim. Onun möhtəşəm futbolçu olduğuna inanıram, amma digər xüsusiyyətlərindən xoşum gəlmir. “Barselona”da oynadığı dövrdə klub onun bəzi davranışlarını düzəltməyə çalışmışdı. Kataloniya klubunun azarkeşlərindən soruşsaz, yarısı onun geri qayıtmasını istəməyəcək”.
Neymar Paris klubunda xoşbəxt olmadığını, “Barselona”ya qayıtmaq istədiyini bildirmişdi. Amma klublar arasında aparılan danışıqlar müsbət nəticələnmədiyi üçün hücumçu PSJ-dən ayrılmadı.
Bizi Facebook-da izləyin