Klub rəsmisindən “Neftçi”nin işləməyən saytı ilə bağlı açıqlama

İyulun 11-də Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Speranta” klubu ilə qarşılaşacaq “Neftçi”nin rəsmi saytının bir neçə gündür işləmədiyini xəbər vermişdik. Təbii ki, “Neftçi” kimi, özü də Avropa Liqasında mübarizəyə başlayan bir klubun rəsmi saytının işləməməsi utancverici haldır.

“Neftçilər”in saytı niyə işləmir? Saytın fəaliyyəti nə vaxt bərpa olunacaq? Bu sualları klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında bunları dedi:

“Saytda iki-üç gün idi bəzi texniki problemlər var idi. Amma artıq bu gün sayt işləyəcək. Əvvəl sayt başqa şirkətə verilmişdi. Yəni başqa şirkət xidmət göstərirdi. Artıq sayt onlardan alınır, təhvil-təslim işləri gedir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button