
“Daha çox oyun təxirə salınsa, İtaliyada mövsümü başa vurmamaq riski ilə üzləşəcəyik”
İtaliyanın “İnter” klubunun idman direktoru Beppe Marotta A Seriyası oyunlarının koronavirus səbəbiylə təxirə salınmasıyla bağlı açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, bunları deyib:
“Düşünürəm ki, hazırda liqa rəhbərliyi bu vəziyyətin öhdəsindən gələ bilmir, qərarlar yavaş və tutarsız verilir. A Seriyasının prezidenti klub rəhbərləri ilə təcili iclaslar keçirməli və məsləhətləşməlidir. Daha çox oyun təxirə salınsa, İtaliyada mövsümü başa vurmamaq riski ilə üzləşəcəyik”.
İtaliya A Seriyasının 26-cı turu çərçivəsində bu həftəsonu keçirilməli olan “Yuventus” – “İnter” qarşılaşması da daxil olmaqla, beş oyun təxirə salınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin