“Bayern” rəsmisindən Kimmixlə bağlı açıqlama

“Bayern”in idman direktoru Maks Eberl yarımmüdafiəçi Coşua Kimmixin müqaviləsi ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi tərəflərin bir-birinə hörmətlə yanaşdığını deyib:

“Mən əvvəllər müqavilə danışıqlarını şərh etməmişəm və indi də etməyəcəm. Bu, sadəcə olaraq, yersizdir. Tərəflər bir-birinə hörmətlə yanaşır və dialoq aparırlar. Onunla yaxşı münasibətimizin olması bizim üçün vacibdir”.

Kimmixlə Münhen klubu arasında hazırkı müqavilənin müddəti 2025-ci ilin yayında başa çatacaq. O, bu mövsüm Bundesliqada 23 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button