“Yuventus” rəsmisindən təkzib
“Yuventus”un direktoru Françesko Kalvo hücumçu Duşan Vlahoviçin karyerasını başqa klubda davam etdirəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, klub rəsmisi serbiyalı futbolçu ilə ayrılmaq fikrində olmadıqlarını deyib:
“Mətbuatda yayılan söz-söhbətlərə baxmayaraq, Duşan hazırkı və gələcək planlarımız üçün nəzərdə tutulan layihəmizin əsas oyunçusudur.
Hər məşqdə onun nə qədər çalışdığını görürük. Elə bu səbəbdən də, bu günə və gələcəyə olan inamımız tamdır. Biz pozitiv düşünürük”.
Öncədən yayılan xəbərə görə, “Real”ın Kərim Benzema komandadan ayrılacağı halda, Vlahoviçi transfer edə biləcəyi bildirilirdi.
Duşan Vlahoviç cari mövsümdə “qoca sinyora”nın heyətində bütün turnirlər daxil olmaqla 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin