
“Klub rəhbərliyi yolları ayırmayacağını desə də…” – Berezutski
“Sabah” Azərbaycan Premyer Liqasının 31-ci turunda bu gün “Səbail”i qəbul edib.
Komanda.az xəbər verir ki, 3:1 hesabı ilə qalib gələn Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutskinin oyundan sonra mətbuat konfransı keçirilib. Rusiyalı mütəxəssis bu gün xarakter göstərdiklərini söyləyib:
“Demək olar ki, bu gün xarkaet göstərdik. Ən pisi odur ki, 2 qol buraxdıq. Son oyunlarda qapımızda çox qol görürük. Bu gündən etibarən “Neftçi” ilə oyunu düşünəcəyik. Bu gün çoxlu dəyişikliklər etdik.
Klub rəhbərliyi yolları ayırmayacağını desə də, prinspicə nəticələr olmadıqda qalmaq çətindi. Gələcəkdə nə olacağını deyə bilmərəm. Hazırda biz “Neftçi” ilə oyuna hazırlaşacağıq”.
“Sabah” növbəti turda evdə “Qarabağ”la üz-üzə gələcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



