Klub rəsmiləri cəzalandı, komandaya texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar çıxarılıb.
U-14 Liqasında keçirilən “Sumqayıt” – “Lion” FK oyununda “Lion”un rəsmi şəxsi Mirhadi Abdullayev oyunun hakimlərini təhqir etdiyinə görə 3 oyun matçlardan kənarlaşdırılıb.
U-14 Liqasında keçirilən “Sumqayıt” – “Lion” FK oyununda “Lion”un rəsmi şəxsi Həmid Əliyev oyunun hakimlərinə hədə-qorxu gəldiyinə görə 5 oyun matçlardan kənarlaşdırılıb.
U-14 Liqasında keçirilən “Sumqayıt” – “Lion” FK oyununda “Lion”un rəsmi şəxsləri tərəfindən edilən hərəkətlərə görə yalnız polisin müdaxiləsindən sonra hakimlərin meydanı tərk edə bilməsi və oyunun 1-ci hissə bitmədən yarımçıq dayandırılmasına görə “Lion” klubuna 0:3 hesabı ilə məğlubiyyət verilib.
Bizi Facebook-da izləyin