“Klub rəhbərliyi istefaya layiq olduğunu bir daha sübut etdi”

Azərbaycan Premyer Liqasının ilk turunda “Sabah”la ev oyununda səsləndirdikləri “istefa” şüarlarına görə polis tərəfindən “Bakcell Arena”dan çıxarılan “Neftçimania” fan klubunun üzvləri bəyanat yayıblar.

Komanda.az xəbər verir ki, onlar “Facebook” səhifələrində bunları qeyd ediblər:

“Klubun pis günü o vaxt olur ki, büdcəsi olmur, transfer edə bilmir, pis şəraitdə məşq edir, pis stadionda oynayır və uduzur. Ancaq döyüşüb uduzur. Döyüşən komandanın udsa da, uduzsa da, yanında olmuşuq həmişə. Daha hər şey qaydasında olan vaxt Bakıda 90 dəqiqə susmayan 12 min adamın yaratdığı möhtəşəm atmosferlə səfərə gedib 90 dəqiqə qəsdən məzələnib uduzan, komandanın adını, azarkeşin əziyyətini yerə vuran komandanın, rəhbərliyin yox.

Bizim səsləndirdiyimiz “istefa” şüarları komandanın “Bney Yehuda”ya qarşı “Neftçi” adına yaraşmayan qərəzli oyununa və ötən mövsüm çempionluğa aşkar fərqlə əsas namizəd olan komamdamızın son anlarda bu üstünlüyü müəmmalı şəkildə əldən verməsinə qarşı idi.

Və haqlı etiraza dözə bilməyib fasilə vaxtı polis gücünə azarkeşləri stadiondan kənarlaşdıran aciz klub rəhbərliyi istefaya layiq olduğunu bir daha sübut etdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button