Klub prezidentinin mətbuat konfransına silahlı basqın
Türkiyə futbolunda növbəti qalmaqal qeydə alınıb.
Komanda.az xəbər verir ki, Super Liqada mübarizə aparan “Dənizlispor” klubunun prezidenti Ali Çetinin mətbuat konfransına silahlı basqın edilib.
Ali Çetin yerli televiziyalardan biri tərəfindən canlı yayımlanan konfransda klubun əvvəlki illərdən qalan borcları barədə, mövcud durum haqda məlumatları paylaşıb. Bu zaman klubun sabiq prezidenti Süleyman Urkay iki nəfərlə birgə bazaya hücum çəkib. Onlarla klubun mühafizə xidməti arasında gərginlik yaşanıb. Hadisə yerinə çağırılan polis isə Süleyman Urkay və yanındakı şəxsləri həbs edərək oradan uzaqlaşdırıb.
Məlum olub ki, sabiq prezidentin yanında gələnlərdən birində silah da olub. Amma o, həmin silahdan istifadə etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin