Klub prezidentindən baş məşqçi açıqlaması
İtaliyanın “Fiorentina” klubu baş məşqçisi Vinçentso Montella ilə bağlı qərarını açıqlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Fiorentina”nın prezidenti Rokko Komosso, italiyalı mütəxəssisin baş məşqçi postunda qalacağını bildirib.
2012-2015-ci illərdə “Fiorentina”nı çalışdıran 44 yaşlı mütəxəssis, apreldə yenidən komandanın “sükanı arxasına” keçmişdi. Onun rəhbərliyi altında “Fiorentina” son mövsümü 16-cı pillədə tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin