Klub prezidenti “satmırıq” dedi
Fransanın “Lion” klubunun prezidenti Jan-Mişel Olas komandadan ayrılacağı deyilən Mussa Dembele ilə bağlı açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, 23 yaşlı hücumçuyla yolların ayrılmayacağını bildirib:
“Dembele komandanı tərk etməyəcək. O, klubda qalmaq və titullar qazanmaq istəyir. Həm onun üçün, həm də digər futbolçularımız üçün təkliflər oldu, amma komandada saxlamaq istədiyimiz futbolçulardan heç biri qışda klubu tərk etməyəcək”.
“Çelsi” və “Tottenhem”in hücumçuyla maraqlandığı bildirilir. “Zadəganlar”ın Dembele üçün “Lion”la danışıqlara başlayacağı deyilirdi.
“Lion”la 2023-cü ilin yayındək müqaviləsi olan fransalı hücumçu, cari mövsümdə iştirak etdiyi 27 oyunda 13 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.
Bizi Facebook-da izləyin