Kuman: “Barselona”nın prezidentindən Xavi qədər dəstək almadım”
Niderland millisinin baş məşqçisi Ronald Kuman vaxtı ilə “Barselona”dakı işi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı klub prezidentindən dəstək almadığını etiraf edib:
“Mən bu barədə artıq danışmışam. “Barselona”nın prezidentindən Xavi qədər dəstək almadım. O vaxt məni qovanda “Real”dan 9 xal geri qalmışdıq. İndi isə 10 xal geridə idilər. “Barselona”nı çalışdırmaq karyeramda ən çətin iş olub. Uğur qazanmaq üçün prezidentin dəstəyinə sahib olmaq lazımdır”.
61 yaşlı mütəxəssis 2020-2021-ci illərdə “Barsa”da çalışıb. O, bu komanda ilə İspaniya kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin