Klub prezidenti: “Gələn mövsüm tam başqa “Neftçi” olacaq”

“Neftçi”nin prezidenti Kamran Quliyev yeni forma sponsoru ilə müqavilə imzalanma mərasimində jurnalistlərə açıqlama verib.

Komanda.az xəbər verir ki, klub rəhbəri yeni mövsümdə tam başqa “Neftçi” olacağını bildirib:

“Əminəm ki, gələn mövsüm tam başqa “Neftçi” olacaq”.

Quliyev, əsas komandanın nəticələrinə görə azarkeşlərin narazılıqlarına da münasibət bildirib:

“Narazılıqlar yersiz deyil, başa düşürük. Azarkeşlər komandadan uğurlu nəticə gözəyirlər. Ambisiyalı, ciddi Müşahidə Şuramız var. Hədəflərimiz həmişə böyük olub. Amma bunu gerçəkləşdirmək üçün imkanlar məhdud idi. İnanıram ki, sponsorun, Müşahidə Şurasının dəstəyi ilə gələn mövsüm tam fərqli olacağıq. Bunun üçün əsaslar da var”.

O, baş məşqçi Laurentsiu Regekampfın komandadakı taleyinin Azərbaycan kubokunun final oyununun nəticəsindən asılı olmadığını deyib:

“İnanmıram ki, ölkə kubokunun finalındakı nəticə Regekampfın buradakı taleyinə aydınlıq gətirsin. Düzdür, qərarı tək mən vermirəm. Amma Regeyə inamımız var”.

Azərbaycan Premyer Liqasında mövsümü üçüncü pillədə başa vuran “Neftçi” ölkə kubokunun finalında, iyunun 3-də “Qəbələ” ilə qarşılaşacaq.

Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button