Klub prezidenti razı deyil – “Çelsi” əl çəkmir
“Benfika”nın yarımmüdafiəçisi Enzo Fernandesin “Çelsi”yə mümkün keçidi ilə bağlı danışıqların növbəti mərhələsi baş tutub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliya klubunun prezidenti Rui Koşta cənubi amerikalı futbolçunu “zadəganlar”a satmağa razı deyil. Danışıqların transfer pəncərəsinin son günündə də davam edəcəyi gözlənilir.
Öncədən “Çelsi”nin son dünya çempionu üçün 120 milyon avrodan artıq məbləğ təklif etməyə hazır olduğu bildirilirdi.
Enzo Fernandes 2022-ci ilin iyulundan “Benfika”nın formasını geyinir. O, bu mövsüm Portuqaliya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla, 29 matça çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin