“Qarabağ”a məğlubiyyət onları zülmdən qurtarıb
İsveçrənin “Sürix” klubunun prezidenti Anciello Kanepa cari mövsümdə komandasının Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməməsinə münasibət bildirib.
Komanda.az xəbər verir ki, o, “Sürix”in ÇL-in ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”a (2:3, 2:2) uduzaraq, mübarizəni Avropa Liqasının qrupunda davam etdirməsini dəyərləndirib:
“Qarabağ”a məğlubiyyət bizi ciddi maliyyə gəlirindən məhrum etməklə yanaşı, böyük zülmdən də qurtardı.
“Qarabağ”a qarşı daha yaxşı çıxış etmək mümkün olardı. Əminəm ki, “Qarabağ”ı keçsəydik, pley-offda Çexiya klubu “Viktoriya”nı üstələmək şansımız çox olardı. Amma “Bayern”, “İnter” və “Barselona” ilə eyni qrupa düşmək ehtimalını görəndə göz yaşlarına qərq oluram”.
“Sürix” Avropa Liqasının A qrupunda sonuncu yeri tutub və avrokuboklarla vidalaşıb. “Qarabağ” isə mübarizəni Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.
Bizi Facebook-da izləyin