Klub prezidenti olmaq istəyən Kantona rədd cavabı alıb

“Mançester Yunayted”in keçmiş futbolçusu Erik Kantona etiraf edib ki, o, bir neçə dəfə “qırmızı şeytanlar”ın keçmiş icraçı direktoru Ed Vudvorda özünü kluba prezident təyin etmək təklifi edib, lakin hər dəfə rədd cavabı alıb.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Kantona, Vudvordla bir neçə dəfə görüşdüyünü bildirib:

“Mən Ed Vudvordla bir neçə dəfə görüşmüşəm. Amma rəhbərlik məni “Mançester Yunayted”in prezidenti təyin etmək istəmədi.

Hələ də düşünürəm ki, klubun prezidenti mən və ya başqası olmalıdır. “Mançester Yunayted”də futbol üçün kimsə olmalıdır”.

56 yaşlı Kantona 1992-1997-ci illərdə “Mançester Yunayted”də çıxış edib. O, İngiltərə klubu ilə 12 kubok qazanıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button