
Klub prezidenti güllələnərək öldürüldü
Kolumbiyanın “Tiqres” klubunun prezidenti Edqar Paes öldürülüb.
Komanda.az xəbər verir ki, hadisə ötən gün baş verib. Klub prezidenti ölkə çempionatının 13-cü turunda “Atletiko Kali”yə məğlubiyyətdən sonra evə qayıdarkən güllələnib.
Paes hadisə yerində vəfat edib. Onun güllələnməsinə səbəb komandasının uduzmasının olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin