Klub prezidenti baş məşqçi dəyişikliyindən danışdı

“Bayern”in prezidenti Herbert Hayner Münhen təmsilçisinin baş məşqçi postunda gerçəkləşən Yulian Naqelsmann – Tomas Tuxel dəyişikliyindən danışıb.

Komanda.az xəbər verir ki, o, verilən qərarın düzgün olduğunu bildirib:

“Şübhəsiz ki, bu, düzgün qərar idi. Naqelsmannın başçılığı altında komandanın mövcud potensialının meydançada görünmədiyi müşahidə edilirdi”.

Xatırladaq ki, Naqelsmann 2021-ci ilin yayından “Bayern”ə rəhbərlik edirdi. Bundesliqa klubu martın 24-də onu istefaya göndərib.

Onu bu vəzifədə Tomas Tuxel əvəzləyib. Alman mütəxəssislə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

“Bayern” Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”yə uduzub (1:4) və turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button