“Barselona” Qrizmannı istəmir! – Açıqlama
Son vaxtlar adı “Barselona” ilə yanaşı çəkilən “Atletiko”nun hücumçusu Antuan Qrizmannla bağlı Kataloniya klubundan açıqlama verilib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, katalonların prezidenti Xosep Maria Bartomeu, fransalı futbolçu ilə maraqlanmadıqlarını açıqlayıb:
“Qrizmannın transferi ilə bağlı hansısa fikrimiz yoxdur. Nə futbolçu ilə, nə də klubla danışığımız olub. Onun transferi gündəmimizdə deyil”.
Klub prezidenti, “İnter”in heyətinə qatmaq istədiyi İvan Rakitiç və komandadan ayrılacağı ehtimal olunan Filippe Koutinyo haqqında da danışıb:
“Rakitiçin müqaviləsi davam edir və ondan məmnunuq. Yayda onunla yeni müqavilə imzalamaq üçün danışıqlar apara bilərik.
Koutinyo isə mükəmməl bir futbolçudur və baş məşqçi də ona güvənir. Bizimlə müqaviləsi var. Hansısa kluba keçmək istəmədiyi müddətdə komandamızda qalacaq”.
Bizi Facebook-da izləyin