Klub prezidenti açıqladı: “Bu mövsüm onun son ili olacaq”
Almaniyanın “Bavariya” klubu futbolçusu Frank Riberinin cari mövsümün sonunda komandadan ayrılacağını rəsmən açıqlayıb.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl Aryen Robbenin komandadan gedəcəyini deyən klub prezidenti Uli Honess, Riberi ilə də yolların ayrılacağını bildirib:
“Riberi dayanmağın çətin olduğunu düşünür, amma biz qərarımızda qətiyik. Bu mövsüm onun son ili olacaq. Həm Riberi, həm də Robben üçün mövsümün sonunda böyük bir yubiley oyunu keçirməyi planlaşdırırıq”.
Klub sahibi uğur əldə etmək üçün pulun vacib olmadığını da deyib:
“Təkcə pul uğur üçün kifayət deyil. İldə 500 milyon avro xərcləyə bilərsiz, amma baş məşqçi futbolçuları inkişaf etdirə bilməsə, xərclədiyiniz pulun bir mənası qalmayacaq. Joze Mourinyo “Mançester Yunayted”ə çox pul xərclətdi, amma bir işə yaramadı”.
Bizi Facebook-da izləyin