Qvardiolanın Halandla bağlı hissi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hücumçu Erlinq Halandın çıxışını şərh edib.

Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, o, norveçli hücumçunun komandaya kömək etdiyini bildirib:

“O, rekordlar qırırsa, deməli, qol vura bilir və bizə qalib gəlməyə kömək edir. Komanda bundan faydalanır. İlk gündən klub təkcə onun oyunundan deyil, bir çox başqa xüsusiyyətlərindən də məmnundur.

Ümid edirəm ki, Haland inkişaf etməyə davam edəcək. Çünki onun bir oyunçu kimi daha da çox uğura nail ola biləcəyini hiss edirəm. O, hələ gəncdir və bunu etmək üçün iradəsi var”.

Norveçli hücumçu İngiltərə Premyer Liqasının 17-ci turunun “Lids”lə ilə görüşündə iki qol vurub (3:1). Bununla da, o, “şəhərlilər”in heyətində vurduğu qolların sayını 20-yə çatdırıb. Haland 14 oyuna çıxmaqla bu uğura imza atıb.

“Mançester Siti” bu gün Premyer Liqanın 18-ci turu çərçivəsində “Everton”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button