“Mançester Yunayted” oyunçular üçün məzarlığa çevrilib”
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill “qırmızı şeytanlar”ı tənqid edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli sabiq müdafiəçi keçmiş klubunu “futbolçular məzarlığı” adlandırıb:
“İndi “Mançester Yunayted” üçün problem odur ki, böyük oyunçuların ora getməyə motivasiyası yoxdur. Son 10 ildə klub oyunçular üçün məzarlığa çevrilib. Bura yaxşı reputasiya ilə gələn futbolçular uğur qazana bilmədilər. Bu, həm britaniyalılara, həm də legionerlərə aiddir”.
“Mançester Yunayted” İngiltərə çempionatının 3-cü turunda doğma meydanda “Liverpul”a 0:3 hesablı məğlubiyyətə üzülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin