Klozeni baş məşqçi postuna gətirir – ÇL-də “Qarabağ”a uduzan klub
İsveçrənin “Sürix” klubu növbəti mövsüm üçün Miroslav Klozeni baş məşqçi təyin etməyi düşünür.
Komanda.az xəbər verir ki, bu barədə “Blick” nəşri məlumat yayıb.
“Sürix”in hazırkı baş məşqçisi Corcio Kontini hələ fevral ayında klubu tərk etmək istədiyini açıqlamışdı. O, rəhbərlikdə işin qurulmasından narazıdır.
İndi klub özü Kontininin mövsümün sonunda komanda ilə davam etməyəcəyinə qərar verib. İsveçrə mətbuatı xəbər verir ki, ona bu qərar barədə ötən cümə günü məlumat verilib.
“Sürix” artıq Kloze ilə əlaqə saxlayıb. Hazırda tərəflər müzakirələr aparır və yeni mövsümün əvvəlinə qədər bütün məsələləri həll etməyi planlaşdırırlar.
Bu ilin martında Kloze Avstriyanın “Altaç” klubundan qovulub. Avstriyada işləmək 2014-cü ilin dünya çempionu üçün baş məşqçi kimi ilk müstəqil iş təcrübəsi idi.
“Qarabağ” ötən ilin yayında UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsində “Sürix”i iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırmışdı.
Bizi Facebook-da izləyin