
Kloze: “Uzun söhbətdən sonra Mahirlə birlikdə qərar verdim”
Almaniyanın “Nürnberq” komandasının baş məşqçisi Miroslav Kloze Mahir Emreli haqda danışıb.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis 2-ci Bundesliqanın 26-cı turunda “Qroyter Fyurt”a qarşı keçirəcəkləri oyunda azərbaycanlı hücumçuya şans verə biləcəyini deyib:
“Uzun söhbətdən sonra Mahirlə birlikdə qərar verdim. Mən həmişə oyunçunun meydanda yüz faiz gücünü qoymasının tərəfdarıyam. “Proyssen”lə (1:0) matç belə qarşılaşma idi. Bu səbəbdən Mahir derbiyə hazırlaşıb. Onun məşqlərdə necə təsir bağışlayacağını görəcəyik. Amma mən nikbinəm”.
Martın 16-da keçiriləcək “Nürnberq” – “Qroyter Fyurt” matçı saat 16:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



