Kloze: “Mahir yalnız oyun günlərində oruc tutmur”

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emreli haqda danışıb.

Komanda.az xəbər verir ki, almaniyalı mütəxəssis 27 yaşlı forvardın oruc tutduğunu bildirib. O, Mahirlə bu mövzuda söhbət etdiyini deyib:

“Mahirlə çox gözəl müzakirələrimiz oldu. Çünki mənim özümün də bu müddət ərzində heç nə yeyib-içməyən çoxlu komanda yoldaşlarım var idi. Bas məşqçi olaraq belə bir mövzu ilə diqqətlə məşğul olmalısız. Amma bəli, Mahir çalışır, mən bunu gizlətmirəm. O, Ramazanı ardıcıl olaraq keçirənlərdəndir. Yalnız oyun günlərində oruc tutmur. Sonra bu günlərin əvəzinə oruc tutacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button