Kloze Mahir haqda: “Əsas heyətdə yer alması tamamilə mümkündür”
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin Almaniya 2-ci Bundesliqasının 20-ci turunun bu gün “Darmştadt”a qarşı keçirəcəkləri oyunda mümkün iştirakı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Augsburger Allgemeine”-yə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bunu deyib:
“Emrelinin əsas heyətdə yer alması tamamilə mümkündür. Məşqdə özünü göstərib”.
Emreli diskvalifikasiya səbəbindən son turda “Şalke” ilə matçı buraxmaq məcburiyyətində qalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin