Kloze Mahir Emrelini təriflədi
Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Nürnberq”in baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışıb.
Komanda.az xəbər verir ki, mütəxəssis 27 yaşlı oyunçunu matçlar ərzində daha çox işə cəlb etmək istədiyini bildirib:
“Mahir Emreli hərəkətdə olanda situasiyaları həll etmək üçün nə qədər dinamik ola biləcəyini görürsüz. Emreli və Stefanos Tsimasın daha yaxşı olacağını düşünürəm. Onlar hələlik bir-birilərinə tam uyğunlaşmayıblar”.
Emreli 2-ci Bundesliqada keçirdikləri son iki qarşılaşmada qol vurub. Futbolçu 9-cu turda “Qroyter Fyurt”a qalib gəldikləri (4:0) matçda hesabı açıb. O, “Reqensburq”u 8:2 hesabı ilə üstələdikləri görüşdə isə ikinci qolun müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin