![](https://komanda.az/wp-content/uploads/2024/11/Emreli-Kloze.jpg)
Kloze: “Mahir bizə təklifinin olduğunu söyləyib”
Almaniyanın “Nürnberq” komandasının baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, 27 yaşlı hücumçunun komandadan ayrılmaq ehtimalının olduğunu gizlətməyib:
“Mahirin başqa klubların maraq dairəsində olduğunu bilirik. Bu məsələni necə həll edəcəyimizi düşünürük. Onunla uzun-uzadı danışıqlar aparmışıq. Özüm futbol oynamışam, transfer pəncərəsi açıq olduqca, hər oyunçuya təklif gələ bilər. Mahir özü də bizə təklifinin olduğunu söyləyib. Lakin rəsmi bir şey yoxdur”.
46 yaşlı mütəxəssis Emrelinin “Dinamo”dan (Zaqreb, Xorvatiya) “Nürnberq”ə transferindən sonra onunla xüsusu proqramlar çərçivəsində çalışdığını bildirib:
“O, komandaya yeni gələndə çox yaxşı ünsiyyətimiz oldu və xüsusi məşqlər etdik. Bir müddət sonra yaxşı formaya düşdü və qarşılaşmalar zaman üstün performans sərgilədiyini söyləyə bilərəm”.
Mövsümün əvvəlində “Nürnberq”ə transfer olunan Mahir Emreli Cənubi Koreyanın “Seul” klubunun diqqət mərkəzindədir.
Bizi Facebook-da izləyin