![](https://komanda.az/wp-content/uploads/2022/06/miroslav-kloze.jpg)
Kloze: “Emreli komanda yoldaşına kobudluq etməyib”
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin məşqdə komanda yoldaşına kobudluq etməsi ilə bağlı iddialara cavab verib.
Komanda.az xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Kloze yazılanları təkzib edib:
“Mən məşq meydanında idim. Belə hadisə olmayıb. O, ikili mübarizələrdə aqressiv idi. Lakin bunu ondan biz istəmişik. Mahir idman zalında fərdi çalışmalı olduğu üçün məşqi erkən tərk etmişdi”.
Emreli ötən ilin yayında 2-ci Bundesliqa klubuna keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin