“Məncə, “Mançester Siti” dünyanın ən yaxşı komandasıdır” – Keçmiş futbolçu

İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen cari mövsümdə Premyer Liqada favoritlərin adlarını açıqlayıb.

Komanda.az “Liverpool Echo” nəşrinə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu dünyanın ən yaxşı komandasının “Mançester Siti” olduğunu bildirib:

“Ürəyim “Liverpul”u çağırır.” Mən onların qalib gəlməsini istəyirəm. Düşünürəm ki, bu, Yurgen Kloppun son mövsümündə inanılmaz bir hekayə olardı. Amma məncə, “Mançester Siti” dünyanın ən yaxşı komandasıdır. Onlar bunu sübut etdilər”.

İngiltərə çempionatının 28 turundan sonra “Arsenal”la “Liverpul” 64 xalla 1-ci və 2-ci yerləri bölüşürlər. “Mançester Siti” 63 xalla ilk üçlüyü qapayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button