
1000 qol səddini aşdılar
“Liverpul” Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Sparta” üzərində səfərdə böyükhesablı qələbə qazanıb – 5:1.
Komanda.az xəbər verir ki, mersisaydlıların hücumçusu Darvin Nunyes, Yurgen Kloppun rəhbərliyi altında komandanın 1000-ci qolu vurub. Alman mütəxəssis üçün bu qarşılaşma onun “Liverpul”un “sükanı arxasındakı” 476-cı oyunu olub.
Klopp, yanvarda cari mövsüm bitdikdən sonra klubu tərk edəcəyini açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin