
Klopp “Roma”nın baş məşqçisi olacaq? – Açıqlama
Yurgen Kloppun “Roma”ya baş məşqçi təyin olunacağı ilə bağlı yayılan xəbərlər təkzib edilib.
Daha əvvəl bəzi mənbələr almaniyalı mütəxəssisin paytaxt təmsilçisinin “sükanı arxasına” keçməyə razılaşdığını bildirmişdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kloppun agenti Mark Kosiçke yayılan məlumatlara aydınlıq gətirib:
“Klopp “Roma”nı çalışdıracaq? Bu, doğru deyil”.
Klopp ötən mövsümün sonunda “Liverpul”dan ayrılıb və hazırda gələcək planları ilə bağlı konkret qərar vermədiyini bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin