“Klopp Almaniya millisinin baş məşqçi postunda işləyə bilməz”
“Liverpul”un baş məşqçisi Yurgen Kloppun agenti Mark Kositzke alman mütəxəssisin Hans-Diter Flikin tərk etdiyi Almaniya millisinə rəhbərlik etməyəcəyini bildirib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Kloppun agenti onun “Liverpul”la uzunmüddətli müqaviləsi olduğunu deyib:
“Yurgenin “Liverpul”la uzunmüddətli müqaviləsi var və milli komandanın baş məşqçisi postunda işləyə bilməz”.
Kloppun Almaniya Futbol Assosiasiyasının Hans-Diter Flikin yerinə potensial namizəd olaraq gördüyü məşqçilərin siyahısında olduğu bildirilmişdi.
Almaniyalı mütəxəssisin “Liverpul”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin