Kloppu təhqir edən hakim cəzalandırılıb

“Liverpul”u və komandanın keçmiş baş məşqçisi Yurgen Kloppu təhqir edən videoya görə qalmaqala yaxalanan britaniyalı hakim Devid Kut istintaqa qədər cəzalandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Premyer Liqa matçlarında hakimlərin işinə cavabdeh olan Professional Game Match Officials Limited (PGMOL) araşdırmaya başlayıb və Kutu cəzalandırıb.

Daha əvvəl internetdə Kutun dostu ilə söhbətində “Liverpul”u “axmaq”, Kloppu “g…t” və “təkəbbürlü” adlandırdığı bir video yayılıb. Kut, dördüncü hakim kimi çalışdığı “Liverpul”un 2020-ci ildə “Bernli” ilə matçında alman məşqçinin davranışından narazı olub. Videonun hansı şəraitdə hazırlandığı məlum deyil.

Əvvəlcə videonun saxta ola biləcəyi ehtimal edilmişdi. Amma Kut PGMOL-a onun orijinal olduğunu və bir neçə il əvvəl çəkildiyini təsdiqləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button