Klopp: “Trenti fitə basdılar, televizoru söndürdüm”

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Trent Aleksander-Arnoldun tezliklə “Real”a keçəcəyinə görə azarkeşlərin sərt reaksiyasına emosional cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bunun illər ərzində birgə yaratdıqları atmosfer olmadığını deyib:

“Mən bunu gizlətməyəcəm, Trentin getməsi mənə ağrılıdır. Amma onu fitə basmaları daha çox incidici oldu. Həmin an televizoru söndürdüm. Bu, illər ərzində birgə yaratdığımız atmosfer deyildi. Bu, bizim “Liverpul” deyil”.

“Liverpul” akademiyasının yetirməsi olan Trent Aleksander-Arnold əsas komandada demək olar ki, 10 il çıxış edib. Yayda sərbəst agent kimi klubdan ayrılacaq müdafiəçinin “Real” keçmək qərarı azarkeşlər arasında birmənalı qarşılanmayıb.

26 yaşlı Trentin “kral klubu”na keçidinin mövsüm başa çatdıqdan sonra, yaxın həftələrdə rəsmiləşəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button